Yuxarı

Səudiyyə Ərəbistanı 106 mlrd. dollar qazanacaq

Digər dövlət müəssisələrinin də satılması mümkündür

Bakı. 8 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı "Saudi Aramco" dövlət neft şirkətinin səhmlərinin 5%-nin satışından 106 mlrd. ABŞ dolları əldə edə bilər. "Report" xəbər verir ki, bu barədə açıqlamanı investisiya fondları üzrə məlumatların toplanması və təhlili üzrə ixtisaslaşan "Sovereign Wealth Fund İnstitute" təşkilatı yayıb. 

Təşkilatdan bildirilib ki, "Saudi Aramco"nun səhmlərinin potensial alıcıları arasında uzunmüddətli perspektivə yatırım həyata keçirən Kanadanın pensiya fondları və Asiya suveren fondları kimi institutsional investorlar yer ala bilər. Satış müvəffəqiyyətlə həyata keçərsə, bu hadisə S.Ərəbistanının digər dövlət şirkətləri üçün nümunə ola bilər. Bununla da daxili bazar genişlənər və "Public İnvestment Fund"unun vəsaitləri arta bilər. Qeyd edək ki, "Saudi Aramco"nun da aid olduğu "Public İnvestment Fund" 1971-ci ildə Səudiyyə Ərəbistanının neft gəlirlərindən asılılığını azaltmaq məqsədilə yaradılıb və ölkədə müxtəlif layihələri maliyyələşdirir. Hazırda Fondun aktivləri 2 trln. dollardan artıqdır.

Səhmlərin satılması xəbəri ilk dəfə yanvarda açıqlanıb və keçən həftə ölkənin şahzadəsi ilkin yerləşdirmənin 2017-ci ildə keçirilməsini planlaşdırdıqlarını bildirib. Xatırladaq ki, digər neft hasilatçısı olan ölkələr kimi S.Ərəbistanı da neft qiymətlərinin kəskin azalmasından əziyyət çəkir və ölkədə 2015-ci ildə rekord həcmdə - 98 mlrd. dollarlıq büdcə kəsiri yaranıb. Bundan sonra ölkə rəhbərliyi dövlət şirkətlərindəki payların bir hissəsinin satılmasına dair qərar qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi