Yuxarı
    Bağlamaq

    "Sərt Brexit" Avropa İttifaqına Böyük Britaniyadan daha çox zərər verəcək

    Avro funt sterlinqlə müqayisədə ucuzlaşa bilər

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) "sərt" şəkildə ayrılması Avropa şirkətlərinə bu ölkənin şirkətləri ilə müqayisədə 8 mlrd. funt sterlinq çox zərər verəcək. 

    "Report" "The Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumat "Civitas" vətəndaş cəmiyyəti institutunun araşdırmalarına əsasən verilib. 

    Araşdırmaya görə, Böyük Britaniyanın Aİ-dən "sərt" ayrılması variantında London vahid bazarda yerini itirəcək, bu da avropalı şirkətlərin ildə əlavə olaraq 13 mlrd. funt sterlinq gömrük rüsumu ödəməsinə səbəb olacaq. Böyük Britaniya şirkətləri tərəfindən ödəniləcək əlavə gömrük rüsumlarının həcmi isə 5,2 mlrd. funt sterlinq təşkil edəcək.

    İnstitutun araşdırmasına görə, "sərt Brexit" variantında demək olar bütün Aİ ölkələrinin bu ölkəyə ixrac rüsumları britaniyalı şirkətlərin əks istiqamətdə ixrac rüsumu xərclərini ötəcək.

    "Report"un analitik qrupu "sərt Brexit" qərarının alınmasının avro və funt sterlinqin dollarla müqayisədə ucuzlaşmasına, funt sterlinqin isə avroyla müqayisədə bahalaşacağına gətirib çıxaracağını ehtimal edir. 

    Xatırladaq ki, hazırda USD/EUR məzənnəsi 1,0880, USD/GBP - 1,22, EUR/GBP isə 0,89 səviyyəsində qərarlaşıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi