Yuxarı
    Bağlamaq

    Sentyabrda IMF-in missiyası Azərbaycana gələcək

    Bunu IMF-in Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi bildirib

    Bakı. 22 avqust. REPORT.AZ/ Sentyabrın 9-da Beynəlxalq Valyuta Fondunun (IMF) Direktorlar Şurasının üzvləri Azərbaycana səfər edəcək. 

    Bu barədə “Report”a IMF-in Azərbaycanın daxil olduğu ölkələr qrupunun icraçı direktoru və Azərbaycan üzrə missiyanın rəhbəri Məhəmməd əl-Qorçi məlumat verib: "Səfər zamanı missiya bir sıra görüşlər keçirəcək".

    IMF rəsmisi həmçinin özünün Azərbaycana səfərinin planlaşdırılmadığını söyləyib.

    “Oktyabrın 8-9-da Vaşınqtonda (ABŞ) IMF-Dünya Bankının birgə illik toplantısı keçiriləcək. Ondan sonra isə mənim Azərbaycana səfərimin məsələsinə baxacağıq”, - deyə M.əl-Qorçi deyib.

    O, həmçinin IMF-in Azərbaycanla bağlı hər hansı yeni layihənin maliyyələşməsini planlaşdırmadığını da qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi