Sədr müavini: "AMB kriptovalyuta ilə bağlı konservativ yanaşma sərgiləyir"

Sədr müavini: "AMB kriptovalyuta ilə bağlı konservativ yanaşma sərgiləyir" Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) kriptovalyuta ilə bağlı konservativ yanaşma sərgiləyir, bu proseslərin risklərini araşdırır.
Maliyyə
17 May , 2018 10:15
Sədr müavini: AMB kriptovalyuta ilə bağlı konservativ yanaşma sərgiləyir
AMB sədrinin I müavini Alim Quliyev / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) kriptovalyuta ilə bağlı konservativ yanaşma sərgiləyir, bu proseslərin risklərini araşdırır".

"Report"un verdyi xəbərə görə, bunu AMB sədrinin birinci müavini Alim Quliyev deyib. 

"Krioptovalyuta ilə bağlı müxtəlif fikirlər səslənir. Bir sıra ölkələrdə konservativ yanaşma var. Bəzi aparıcı ölkələrdə isə kriptovalyutaya aydın münasibət yoxdur, rəqəmsal pulların əmtəə kimi formalaşması tam başa çatmayıb. AMB də bu istiqamətdə konservativ yanaşma sərgiləyir, bu proseslərin risklərini araşdırır", - o qeyd edib. 

A.Quliyevin sözlərinə görə, kibertəhlükəsizilik məsələsi də diqqətdə saxlanılmalıdır: "Kiber hücumlar maliyyə sistemində boşluqlar olduğunu göstərir. Bu baxımdan texnoloji inqilabların maliyyə sisteminə zərər vurmasının qarşısını alacaq qabaqlayıcı rejimdə tədbirlər görülməsi də vacibdir".

Son xəbərlər

Orphus sistemi