SECO: Daşınar əmlakın yüklülüyü ilə bağlı islahatın vaxtı yetişib

SECO: Daşınar əmlakın yüklülüyü ilə bağlı islahatın vaxtı yetişib IFC: Bu sahədə reyestrin yaradılması olduqca müsbət təcrübədir
Maliyyə
31 May , 2017 11:00
SECO: Daşınar əmlakın yüklülüyü ilə bağlı islahatın vaxtı yetişib

Bakı. 31 may. REPORT.AZ/ "Azərbaycanda yaşanan iqtisadi çətinlikləri nəzərə alaraq deyə bilərəm ki, ölkədə daşınar əmlakın yüklülüyü ilə bağlı islahatın vaxtı yetişib".

"Report"un məlumatına görə, bunu bu gün Bakıda "Daşınar əmlakın yüklülüyü islahatı: nailiyyət və çağırışlar" mövzusunda keçirilən regional konfransda İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) regional direktorunun müavini Simone Haberli deyib.

Onun sözlərinə görə, hazırda daha çevik, az xərc tələb edən maliyyə elementlərinin tətbiqi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova isə bildirib ki, daşınar əmlakın yüklülüyü ilə bağlı yeni imkanın yaradılması daşınmaz əmlakı olmayan biznes sahiblərinin inkişafına şərait yaradacaq. Onun sözlərinə görə, bu sahədə reyestrin yaradılması olduqca müsbət təcrübədir və Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələdə çox aktivdir.

Son xəbərlər

Orphus sistemi