Yuxarı
    Bağlamaq

    SECO: Azərbaycanla birgə kapital bazarına dair yeni texniki layihə həyata keçirməyə hazırıq

    Bunu bugünkü tədbirdə SECO-nun nümayəndəsi Simone Haiberli deyib

    Bakı. 4 noyabr. REPORT.AZ/ Dünya Bankının Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəklədiyi “Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi” ölkədə qiymətli kağızlar bazarının inkişafı üzrə dövlət proqramına uyğun olub. “Report” xəbər verir ki, bunu layihənin nəticələrinə həsr olunmuş bugünkü tədbirdə SECO-nun nümayəndəsi Simona Haberli deyib.

    Onun sözlərinə görə, hazırda Azərbaycanda kapital bazarı layihənin icrasına başlandığı vaxtlarla müqayisədə daha çox əhəmiyyət kəsb edir: “Bu layihə yekunlaşsa da, biz Azərbaycanla birgə kapital bazarına daxil yeni texniki layihə həyata keçirməyə hazırıq və ən çətin məsələlərin həllində hökumətə kömək edə bilərik”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi