SECO: Azərbaycanla birgə kapital bazarına dair yeni texniki layihə həyata keçirməyə hazırıq

SECO: Azərbaycanla birgə kapital bazarına dair yeni texniki layihə həyata keçirməyə hazırıq Bunu bugünkü tədbirdə SECO-nun nümayəndəsi Simone Haiberli deyib
Maliyyə
4 Noyabr , 2016 10:31
SECO: Azərbaycanla birgə kapital bazarına dair yeni texniki layihə həyata keçirməyə hazırıq

Bakı. 4 noyabr. REPORT.AZ/ Dünya Bankının Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəklədiyi “Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi” ölkədə qiymətli kağızlar bazarının inkişafı üzrə dövlət proqramına uyğun olub. “Report” xəbər verir ki, bunu layihənin nəticələrinə həsr olunmuş bugünkü tədbirdə SECO-nun nümayəndəsi Simona Haberli deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda kapital bazarı layihənin icrasına başlandığı vaxtlarla müqayisədə daha çox əhəmiyyət kəsb edir: “Bu layihə yekunlaşsa da, biz Azərbaycanla birgə kapital bazarına daxil yeni texniki layihə həyata keçirməyə hazırıq və ən çətin məsələlərin həllində hökumətə kömək edə bilərik”. 

Son xəbərlər

Orphus sistemi