"Səba Kredit"in mənfəəti 5 dəfə azalıb

"Səba Kredit"in mənfəəti 5 dəfə azalıb Bakı. 12 iyun. REPORT.AZ/ “Səba Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 7,741 mln. manat təşkil edib...
Maliyyə
12 İyun , 2017 11:25
Səba Kreditin mənfəəti 5 dəfə azalıb

Bakı. 12 iyun. REPORT.AZ/ “Səba Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 7,741 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə təxminən 3% azdır.

“Səba Kredit”in aktivlərinin 75,2%-ni və yaxud 5,823 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2016-cı ildə BOKT-un kredit portfeli 17,9% kiçilib.

Ötən il “Səba Kredit”in cəmi öhdəlikləri 3,7% artaraq 6,693 mln. manat, cəmi kapitalı isə 29,3% azalaraq 1,048 mln. manat olub.

BOKT ötən ili 85 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 4,8 dəfə azdır.

Xatırladaq ki, “Səba Kredit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manatdır. 

Son xəbərlər

Orphus sistemi