"Sberbank" inkassator-drondan istifadə etməyə başlayıb

"Sberbank" inkassator-drondan istifadə etməyə başlayıb Dronun qaçırılmasına qarşı da tədbirlər görülüb
Maliyyə
16 İyun , 2017 16:20
Sberbank inkassator-drondan istifadə etməyə başlayıb

Bakı. 16 iyun. REPORT.AZ/ Rusiyanın ən böyük bankı olan "Sberbank" ilk dəfə pilotsuz uçan aparatla pul daşınmasını həyata keçirib. 

"Report" "Lenta.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı öz "Facebook" səhifəsində bankın İdarə Heyətinin sədr müavini Lev Xasis verib.

L.Xasis bildirib ki, dron nağd pul vəsaitlərini bankın kassa mərkəzindən inkassator maşınına qədər çatdırıb. Bu zaman onun sürəti 180 km/saat, uçuş məsafəsi isə 10 km olub.

Qeyd edək ki, dronun kənar şəxslər tərəfindən vurularaq əldə edilməsinə qarşı ehtiyat tədbirləri də görülüb. Bu zaman dron açıldıqda içindəki əsginaslar xüsusi yerləşdirilmiş boya kapsulaları vasitəsilə mavi rəngə boyanaraq yararsız hala gətirilir.

Son xəbərlər

Orphus sistemi