"Sberbank"ın rəhbəri: "İlin ikinci yarısında neftin qiyməti 30-40 dollar/barel olacaq"

"Sberbank"ın rəhbəri: "İlin ikinci yarısında neftin qiyməti 30-40 dollar/barel olacaq" Birinci yarımildə isə 25-35 dollar/barel arasında dəyişəcək
Maliyyə
21 Yanvar , 2016 17:45
Sberbankın rəhbəri: İlin ikinci yarısında neftin qiyməti 30-40 dollar/barel olacaq

Bakı. 21 yanvar. REPORT.AZ/ Bu ilin birinci yarısında dünya bazarında neftin bir barelinin qiyməti 25 dollardan 30-35 dollar arasında olacaq. Sonra isə neftin qiymətində müəyyən artım başlayacaq.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Sberbank"ın rəhbəri German Qref bildirib.

O hesab edir ki, ikinci yarımildə isə neftin qiyməti 30-40 dollar/barel arasında olacaq. 

"Biz başa düşürük ki, bu il çətin il olacaq və neftin qiymətində dalğalanma yüksək olacaq. Bu ilin başlanğıcı Rusiya üçün çətin olub. Bunun birinci səbəbi xammal bazarları, ilk növbədə neftin qiyməti ilə bağlıdır. Hesab edirəm ki, belə dalğalanmanı biz ilin sonuna kimi müşahidə edəcəyik. Ona görə də bu il neftin hansı qiymətdə olacağını anlamaq üçün çox vaxt sərf edirik", - deyə G.Qref əlavə edib. 

Son xəbərlər

Orphus sistemi