Yuxarı

“Sberbank”: Dünyada yeni bank fırıldağı növü yaranacaq

“Sberbank”: Dünyada yeni bank fırıldağı növü yaranacaq

Bakı. 16 fevral. REPORT.AZ/ Yarım il ərzində dünyada yeni bank fırıldağı növü yaranacaq. 

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Sberbank”ın İdarə Heyətinin sədr müavini Stanislav Kuznetsov bildirib. 

Onun sözlərinə görə, fırıldaqçılar robotların səsindən istifadə etməklə bankdan pul götürmək barədə düşünəcəklər. Bank rəsmisi fikrini bir qədər əvvəl regionda körpünün inşası üçün yerli “qubernator”dan 5 mlrd. rubl vəsait almaq üçün aktyor İnnokentiy Smoktunovskinin səsindən istifadə edilməsi ilə əsaslandırıb. 

“Bu, artist deyil, bunu robot edir. Mümkündür ki, bu üsul artıq mövcuddur”, - deyə İ.Kuznetsov qeyd edib. O həmçinin əlavə edib ki, artıq “Sberbank” belə cinayətlərə qarşı tədbirlər görülməsi üzərində işləyir və bu məsələ digər banklar üçün də aktualdır. 

Xatırladaq ki, bu ilin yanvar ayında özünü “Sberbank”ın əməkdaşları kimi təqdim edən şəxslər bankın müştərilərinə zəng ediblər. Onlar müştərilərə hesablarından qeyri-qanuni pul silinməsinin qarşısını almaq üçün tədbirlər görülməli olduğunu deyərək onlardan bir sıra məxfi məlumatları, o cümlədən kartlarının CVV kodunu istəyiblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi