"Saxo Bank": Yaxın aylarda neftin qiyməti 55 dollar/barel səviyyəsinə qayıda bilər

"Saxo Bank": Yaxın aylarda neftin qiyməti 55 dollar/barel səviyyəsinə qayıda bilər Proqnoz: Daha sonra isə ucuzlaşmanın növbəti mərhələsi başlayacaq
Maliyyə
7 İyul , 2017 17:23
Saxo Bank: Yaxın aylarda neftin qiyməti 55 dollar/barel səviyyəsinə qayıda bilər

Bakı. 7 iyul. REPORT.AZ/ Bu ilin III rübündə dünya valyuta bazarında əsas risk amili volatilliyin artması ilə bağlıdır. 

“Report” xəbər verir ki, bu barədə “Saxo Bank”ın 2017-ci ilin III rübü üçün hazırladığı proqnozlarında qeyd olunub: "Hazırkı mərhələdə bazar zəif dollar və ləng inflyasiyanın ideal birləşməsi ilə nisbətən rahatdır. Ancaq tezliklə mərkəzi banklar ultra-yumşaq strategiyalarından imtina edəcək və hər şey dəyişəcək".

Bankın valyuta bazarı üzrə strategiya şöbəsinin rəhbəri Con Hardi qeyd edir ki, dollar əvvəlki kimi çox bahadır və o, təsir altında olacaq, xüsusilə, əgər III rübdə ideal iqtisadi şəraitin formalaşması mövzusu məşhurlaşarsa. Digər tərəfdən, aktivlər bazarında volatilliyin artması USD-ni dəstəkləyəcək.

Bundan başqa, Avropa Mərkəzi Bankının ultra-yumşaq siyasəti III rübdə artım üçün güclü bir stimul olacaq. Baxmayaraq ki, dünya səviyyəsindəki problem Birliyin mərkəzinə də çatacaq: ilk növbədə bu, Almaniyaya aiddir. Belə ki, ixraçatçılar həmişə dünya iqtisadiyyatının yavaşlamasına daha həssasdır. Bazarda volatillik artmağa başlayanda, avro artan potensialını itirməyə başlayır. EUR/USD 2015-2016-cı illərdə müqavimət göstərdiyi 1,1500+ səviyyəsini test edə bilər, lakin kəskin artım gözlənilmir.

Əmtəə bazarları üzrə strategiya şöbəsinin rəhbəri Ole Hansen isə qeyd edir ki, yay aylarında tələbatın artacağı təqdirdə,  ixracı hazırkı səviyyədə dəstəkləmək OPEC ölkələrinə çətin olacaq. ABŞ-da II rübdə hasilat I rüblə müqayisədə 2 dəfədən çox azalıb. Bu da ABŞ neftçilərinin istənilən qiymət üçün hasilatı artırmağa hazır olmadığını göstəririr. Bu halda OPEC üçün şans yaranıb: əgər hər şey alınarsa, yaxın aylarda “Brent” neftinin qiyməti 55 dollar/barel səviyyəsinə qayıdacaq. Daha sonra isə ucuzlaşmanın növbəti mərhələsi başlayacaq.

Qeyd edək ki, “Saxo Bank” qızılla bağlı əvvəlki proqnozu dəyişməz saxlayıb.

“Saxo Bank” III rübdə iqtisadiyyatın yavaşlamasını proqnozlaşdırır. Bankın makroiqtisadiyyatın analizi üzrə rəhbəri Kristofer Dembik qeyd edib ki, avrozona iqtisadiyyatına münasibətdə olan optimizmə baxmayaraq, bazar mərkəzi bankların inflyasiya və əmək haqqının artım tempi ilə bağlı məqsədlərinə çata biləcəyinə inanmır.

Son xəbərlər

Orphus sistemi