"Saxo Bank": Neftin ucuzlaşması Azərbaycan valyutasının mövqelərini zəiflədir

"Saxo Bank": Neftin ucuzlaşması Azərbaycan valyutasının mövqelərini zəiflədir Ekspert: Rusiya rublunun ABŞ dollarına qarşı ucuzlaşması davam edə bilər
Maliyyə
16 Yanvar , 2015 15:29
Saxo Bank: Neftin ucuzlaşması Azərbaycan valyutasının mövqelərini zəiflədir

Bakı. 16 yanvar. REPORT.AZ/ Rusiya rublunun ABŞ dollarına qarşısı məzənnəsi qısamüddətli perspektivdə daha da zəifləyə bilər. Lakin bununla yanaşı, əgər dünya bazarında neftin qiyməti 40 dollar/barreldən aşağı düşməzsə, Rusiya valyutasının ucuzlaşma tempinin azalacağı gözlənilir. Bunu "Report"a "Saxo Bank"ın Foreks Strategiyasının rəhbəri Con C.Hardi bildirib.

"Yaxın aylarda məzənnənin 65-70 rubl/dollar diapazonunda dəyişəcəyi mümkündür. Hazırkı yüksək faiz dərəcələrinə görə dolların rubla qarşı məzənnəsi özünün yavaş artım tempini faiz dərəcələri arasındakı fərqlə bağlı sabitlik əldə olunanadək saxlaya bilər", - C.Hardi qeyd edib.

O, həmçinin Rusiya rublunun Azərbaycan iqtisadiyyatına təsiri məsələsini də şərh edib: "Azərbaycan manatı dollara bağlıdır. Bu isə rublun ucuzlaşması fonunda milli məhsulları Rusiya bazarında çox bahalı edir. Bu da gələcəkdə Azərbaycan məhsullarının ən böyük bazarına ixracı üçün təhlükə yaradır. Digər tərəfdən, valyutanın devalvasiyası səbəbindən Rusiya məhsulları ucuzlaşır ki, bu da istehlakçılara müsbət təsir göstərir".

C.Hardinin sözlərinə görə, yaranmış vəziyyətdə dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycan iqtisadiyyatının xammal satışından gəlirlərinin azalması və milli valyutanın devalvasiyasının mümkünlüyü probleminə çevrilir.

Son xəbərlər

Orphus sistemi