"Saxo Bank": Dollar 2017-ci ildə sürətlə bahalaşacaq

"Saxo Bank": Dollar 2017-ci ildə sürətlə bahalaşacaq Proqnoz: "Brexit" heç vaxt baş tutmayacaq – Böyük Britaniya geri dönəcək
Maliyyə
9 Dekabr , 2016 12:59
Saxo Bank: Dollar 2017-ci ildə sürətlə bahalaşacaq

Bakı. 9 dekabr. REPORT.AZ/ Onlayn multiaktivlərin ticarəti və investisiyalar üzrə ixtisaslaşmış "Saxo Bank" gələn il üçün “Şok proqnozlar”ını dərc edib.

"Report"un proqnozlara istinadən verdiyi xəbərə görə, dolların məzənnəsi və ABŞ-da faiz dərəcələri 2017-ci ildə sürətlə artacaq, ABŞ-ın yeni prezidentinin maliyyə siyasəti isə bazarda vəlvələ yaradaraq 10 illik istiqrazların gəlirliyini 3%-dək qaldıracaq. Faciənin sərhəddində Federal Ehtiyat Sistemi (FES) Yaponiya Bankının gəlirliyin dinamikasına nəzarət ideyasını özünəməxsus şəkildə həyata keçirəcək. Beləki, 10 illik istiqrazlar üzrə gəlirlik 1,5% səviyyəsində məhdudlaşdırıla bilər. Səhm, istiqraz və inkişaf edən bazarlarda satışlar dayandırılacaq, dünya istiqraz bazarında isə 7 il ərzində ən yüksək həftəlik inkişaf müşahidə olunacaq. Tənqidçilərin harayı mərkəzi banklar tərəfindən süni şəkildə yaradılmış ötüşmədə batacaq.

Proqnozda deyilir ki, “Brexit” heç vaxt baş tutmayacaq – Böyük Britaniya geri dönəcək: "Böyük Britaniya Aİ-də qalacaq, İngiltərə Bankı faiz dərəcəsini 0,5%-dək qaldıracaq, GBP/EUR nisbəti isə 1973-cü ildə ölkə Avropa İttifaqına daxil olduğu vaxta bənzər 0,73-ə düşəcək (hazırda - 0,84 funt/avro təşkil edir - "Report")".

Proqnozada deyilir ki, kriptovalyutaların getdikcə populyarlaşması fonunda bitkoin bahalaşacaq.

"Trampın prezidentlik dövrü ərzində ABŞ-da büdcə xərcləri kəskin artacaq, büdcə kəsiri isə 600 mlrd. dollardan 1,2-1,8 trln. dollaradək yüksələcək. Nəticədə, ABŞ-da inflyasiyanın səviyyəsi artacaq, bu isə FES-i məcbur edəcək ki, faiz dərəcəsinin artırılma prosesini sürətləndirsin; dollar yeni maksimumlara çatacaq. İnkişaf edən bazarlarda domino effekti baş tutacaq. Çin əsası dollar təşkil etdiyi kağız pullara alternativ axtarmağa başlayacaq və ABŞ-ın pul-kredit siyasətindən hədsiz asılılığını ləğv etməyə çalışacaq. Nəticədə, kriptovalyutaların, ilk növbədə isə bitkoinin populyarlığı artacaq. Rusiya və Çin hökumətləri və bank sistemləri bitkoini dollara qismən alternativ kimi qəbul etdiyi zaman onun qiyməti hazırkı qiymətdən üç dəfə çox olacaq və 700 dollardan 2 100 dollara yüksələcək".

Proqnozda, həmçinin Meksika pesosunun bahalaşacağı deyilir: "Bazarlar Trampın əsl niyyətini və Meksika ilə hesablaşmaq qabiliyyətini həddindən artıq dəyərləndirib. Bunu anladıqları zaman peso qiymətdə xeyli artacaq. Kanada isə zərər görəcək, çünki faiz dərəcələrinin artması mənzil sektorunda kredit böhranı yaradacaq və Kanada bankları borclara görə stimullaşdırma aparacaq və maliyyə sisteminə kapital yatıracaq".

Bundan başqa, İtaliya banklarının fond bazarında artıma nail olan liderlər sırasında yer alacağı proqnozlaşdırılır: "Almaniyada bank sektoru mənfi faiz dərəcələri və gəlirliyin dinamikasına nəzarətin yastı olmasına görə tələyə düşüb və kapital bazarlarına çıxışını itirib. Aİ çərçivəsində Almaniya banklarının xilas olunması isə bütün Avropa banklarına kömək edə bilər. Bu isə iqtisadiyyatda durğunluq və ümidsiz kreditlərlə qarşılaşan İtaliya bankları üçün xeyli vacibdir. Yeni qarantiyalar bank sisteminə təkrar kapitallaşmaq imkanı yaradacaq, İtaliya banklarının aksiyaları 100%-dən çox artacaq".

Bildirilir ki, Aİ qarşılıqlı istiqrazlar emissiyası hesabına artımı stimullaşdırır.

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin dəstəyi ilə Aİ ümumi dəyəri 630 mlrd. avro təşkil edən 6-illik stimullaşdırma proqramına start verəcək. Lakin proqramın idxal hesabına effektivliyini itirməməsi üçün Aİ liderləri infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün 1 trln. avro məbləğində istiqrazlar buraxacaq. Bu isə regionda inteqrasiyanı gücləndirəcək və Avropa bazarlarına kapital axınını artıracaq.

Son xəbərlər

Orphus sistemi