"Saudi Aramco" səhmlərini "Tadawul" birjasında yerləşdirəcək

"Saudi Aramco" səhmlərini "Tadawul" birjasında yerləşdirəcək Səudiyyə Ərəbistanın dövlət neft şirkəti olan Saudi Aramco Tadawul birjasında səhmlərinin ilkin yerləşdirilməsi prosesini həyata keçirəcək.
Maliyyə
4 Noyabr , 2019 11:50
Saudi Aramco səhmlərini Tadawul birjasında yerləşdirəcək

Səudiyyə Ərəbistanın dövlət neft şirkəti olan "Saudi Aramco" "Tadawul" birjasında səhmlərinin ilkin yerləşdirilməsi prosesini həyata keçirəcək.

"Report" "Banki.ru" ya istinadən xəbər verir ki, bu barədə şirkət saytında məlumat yayıb.

Səhmləri Səudiyyə Ərəbistanının bütün vətəndaşları, Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının üzvlərinin vətəndaşları və krallıqda yaşayan rezidentlər - ayrı-ayrı ölkələrin vətəndaşları ala biləcəklər.

Daha əvvəl Səudiyyə Ərəbistanının Kapitalı İdarəetmə Agentliyi şirkətə altı ay ərzində səhmlərini ilkin bazarda yerləşdirmək üçün icazə verdiyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi