"Saudi Aramco"nın səhmlərinin dəyəri ilk gündə elan ediləndən 10% yüksək olub

"Saudi Aramco"nın səhmlərinin dəyəri ilk gündə elan ediləndən 10% yüksək olub Neft ehtiyatları və ixracı üzrə dünyanın ən böyük şirkəti olan Səudiyyə Ərəbistanın milli neft şirkəti Saudi Aramconun səhmləri Bakı vaxtı ilə saat 11:30-da Səudiyyə Ərəbistanın Tadawul birjasında hərraca çıxarılıb.
Maliyyə
11 Dekabr , 2019 12:27
Saudi Aramconın səhmlərinin dəyəri ilk gündə elan ediləndən 10% yüksək olub

Neft ehtiyatları və ixracı üzrə dünyanın ən böyük şirkəti olan Səudiyyə Ərəbistanın milli neft şirkəti "Saudi Aramco"nun səhmləri Bakı vaxtı ilə saat 11:30-da Səudiyyə Ərəbistanın "Tadawul" birjasında hərraca çıxarılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, səhmin ilkin qiyməti 35,2 rial (təxminən, 9,4 dollar) təşkil edib və bu, elan ediləndən 10% çoxdur.

Şirkət dünyanın ən böyük ilkin kütləvi tədavülünü (IPO) həyata keçirib, bu müddət ərzində səhmlərə yenidən abunə olmaq istəyi dördqat artıb. Ümumilikdə, investorlara səhmlərin 1,5%-i təklif edilib, ilkin təklif qiyməti əvvəl elan edilmiş daipozonun həddinin yuxarı həddində - bir səhmə görə 32 rial təşkil edib. 

Son xəbərlər

Orphus sistemi