Sanksiyalar Rusiya iqtisadiyyatının inkişafını məhdudlaşdırır

Sanksiyalar Rusiya iqtisadiyyatının inkişafını məhdudlaşdırır A.Kudrin: "Sanksiyalar mərhələli şəkildə götürüləcək"
Maliyyə
27 Oktyabr , 2016 11:54
Sanksiyalar Rusiya iqtisadiyyatının inkişafını məhdudlaşdırır

Bakı. 27 oktyabr. REPORT.AZ/ Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkə iqtisadiyyatının artım tempini hər il 0,8-1 faiz bəndi məhdudlaşdırır. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti yanında İqtisadi Şuranın sədr müavini, keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib.

A.Kudrin qeyd edib ki, sanksiyalar Rusiya iqtisadiyyatına əsaslı şəkildə mənfi təsir göstərir: "Sanksiyaların tətbiq edildiyi ilk iki ildə iqtisadiyyat hər il 1%, hazırda isə 0,8% daha az inkişaf edir. Sanksiyalar ölkə iqtisadiyyatına, onun artımına və həyat səviyyəsinə ciddi mənfi təsir edir".

Bununla yanaşı, sabiq maliyyə naziri bildirib ki, iqtisadiyyata gətirdiyi əlavə yük səbəbi ilə Rusiya hökuməti sanksiyaların təsirini yumşaltmaq üçün tədbirlər görməlidir. O, sanksiyaların birdən olmasa da, mərhələli şəkildə aradan götürüləcəyinə inandığını bildirib. A.Kudrin sanskiyaların sonsuzadək davam etməsini mümkünsüz sayır.

Son xəbərlər

Orphus sistemi