Yuxarı

Samir Şərifov: "Son illərdə Dünya Bankının kreditlərindən istifadə əmsalı artıb"

Nazir: Bu rəqəm 2012-ci ildə 13% idisə, indi 24%-ə çatıb

Bakı. 13 iyun. REPORT.AZ/ "Son illərdə Azərbaycanda Dünya Bankının kreditlərindən istifadə əmsalı daha da artıb". 

"Report" xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Dünya Bankının Bakı ofisinin rəhbəri Larisa Leşçenkonun fəaliyyətinin başa çatması ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, son 4 ildə bu əmsal 2 dəfə artıb: "Dünya Bankının regional direktorundan aldığım məlumata görə, bu rəqəm 2012-ci ildə 13% idisə, indi 24%-ə çatıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi