Yuxarı

​Samir Şərifov: "Dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yoxdur"

Nazir: Çalışmalıyıq ki, ehtiyat mənbəyində kifayət qədər valyutamız olsun

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycanın 2016-cı il dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yoxdur. "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib.

"Biz çalışmalıyıq ki, ehtiyat mənbəyində kifayət qədər valyutamız olsun. Keçən ilin təcrübəsi, valyuta bazarında olan təlatümlər, məzənnəyə təzyiqlər, Mərkəzi Bankın valyuta ehtiyatlarının kəskin enməsi, hökuməti vadar edir ki, dövlət maliyyə qurumlarında, daxıllarda kifayət qədər valyuta ehtiyatları toplasın. Dövlət Neft Fondu da bu daxıllardan biridir. Bunları nəzərə alaraq çox qənaətcil şəkildə büdcə vəsaitlərini xərcləməliyik. Son 3 ildə büdcə yığcamlaşdırması siyasəti yeridirik. İldən-ilə Dövlət Neft Fondundan transfertləri azaldırıq. Bu, siyasətin davamıdır", - deyə nazir qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi