Yuxarı

​Samir Şərifov: "Dövlət büdcəsinə dəyişikliklər çətinliklərin həllinə xidmət edəcək"

Nazirin fikrincə, büdcəyə dəyişiklər xarici iqtisadi şokların mənfi təsirinin minimallaşdırılması üçün nəzərdə tutulub

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın 2016-cı il dövlət büdcəsinə nəzərdə tutulan dəyişiklər xarici iqtisadi şokların ölkə iqtisadiyyatına mənfi təsirinin minimuma endirilməsi, yeni iqtisadi çağışrışlarla bağlı maliyyə təminatının yaradılması və çətinliklərin həllinə xidmət edəcək. "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında büdcəyə dəyişikliklərin müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, ötən il mənfi şokları nəzərə almaqla büdcə xərclərində qənaətə başlanılıb.

"2015-ci ilin büdcəsinin icrası zamanı bir sıra maddələr üzrə vəsaitə qənatə edilib. Dövlət büdcəsinin 1,4 mlrd. manata yaxın xəzinə qalığı mövcud olub ki, həmin xəzinə qalığının büdcə kəsirinin örtülməsi üçün istifadəsi nəzərdə tutulur", - deyə S.Şərifov əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi