Samir Şərifov: "Büdcə üçün əlavə gəlir mənbələri tapılmalıdır" - YENİLƏNİB

Samir Şərifov: "Büdcə üçün əlavə gəlir mənbələri tapılmalıdır" - YENİLƏNİB Maliyyə naziri büdcə dəyişikliklərinin zəruriliyini vurğulayıb
Maliyyə
20 Yanvar , 2016 11:05
Samir Şərifov:  Büdcə üçün əlavə gəlir mənbələri tapılmalıdır - YENİLƏNİB

İlk xəbər saat 10:46-da verilib

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycanda sosial təminatın gücləndirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində dəyişilik edilməsinə zərurət yaranıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.

Nazir deyib ki, ilkin olaraq büdcədə neftin baza qiyməti 50 dollar/barelindən götürülüb : "Həmçinin xərclərin təmin edilməsi üçün əlavə gəlir mənbələri tapılmalıdır". 

Qeyd edək ki, büdcədə neftin baza qiymətinin 30 dollar/barelə qədər azaldılması nəzərdə tutulub.

***

S.Şərifov bildirib ki, ilk növbədə yeni məzənnə siyasəti ilə bağlı olan müəyyən qiymət artımı ilə əlaqədar büdcənin xərclər hissəsində lazımi düzəlişlər ediləcək: "Bu artımın təsirinin əhalinin ən həssas qrupları üçün azaldılması və yumşaldılması üçün müəyyən sosial imtiyazlar verilir. Bununla əlaqədar Prezident İlham Əliyevin xüsusi tapşırığı var və tapşırığa uyğun olaraq, büdcədə də müvafiq düzəlişlər olunacaq".

Əmək haqlarının artırılması, habelə məcburi köçkünlər üçün ərzaq müavinətlərinin verilməsi ilə bağlı maliyyə təminatının yaradılması üçün zərurət yarandığını qeyd edən nazir əlavə edib ki, digər sosial müavinətlər üçün dövlət büdcəsinin xərclər hissəsində də müvafiq dəyişikliklərin edilməsinə ehtiyac var.

"Azalan gəlirlərin təmin edilməsi üçün müəyyən tədbirlər görülməlidir. Gəlir mənbələrinin artımını təmin etməliyik və bu məsələlər yeni büdcədə əksini tapmalıdır", - deyə S.Şərifov bildirib.

Son xəbərlər

Orphus sistemi