​Samir Şərifov: "Azərbaycan ADB-nin Direktorlar Şurasının illik toplantısına tam hazırdır"

​Samir Şərifov: "Azərbaycan ADB-nin Direktorlar Şurasının illik toplantısına tam hazırdır" Tədbiri işıqlandırmağa Bakıya 200-dən çox media işçisi gələcək
Maliyyə
20 Aprel , 2015 16:03
​Samir Şərifov: Azərbaycan ADB-nin Direktorlar Şurasının illik toplantısına tam hazırdır

Bakı. 20 aprel. REPORT.AZ/ Bakı şəhəri Asiya İnkişaf Bankı (ADB) Direktorlar Şurasının 48-ci illik toplantısını qəbul etməyə tam hazırdır. "Report" xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bu gün keçirdiyi mətbuat konfransınfa bildirib.

"May ayının 2-5-də keçiriləcək tədbirə ADB-yə üzv olan 66 ölkənin nümayəndələri Bakıya gələcək. Azərbaycanda təşkilati tədbirlər həyata keçirilib, lazımi hazırlıq tədbirləri görülüb və tədbirin keçirilməsinə tam hazırıq. Tədbir həm Heydər Əliyev Mərkəzinin binasında, həm də Konqres Mərkəzində keçiriləcək", - nazir qeyd edib.

S.Şərifov əlavə edib ki, tədbirin işıqlandırılması üçün 200-dən çox media nümayəndəsinin Bakıya gəlişi gözlənilir.

İllik toplantı çərçivəsində həmçinin bir çox başqa tədbirlər, xüsusilə də müxtəlif mövzularla bağlı seminarlar keçiriləcək. Həmin seminarlarda qlobal regional iqtisadi mövzular və problemlər müzakirə ediləcək. Ənənəvi olaraq, illik toplantı zamanı müxtəlif regional qurumların da kiçik iclasları təşkil olunacaq.

Nazir bildirib ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank Azərbaycan hökumətinə 1,8 mlrd. dollar, özəl sektor təşkilatçılarına isə 168 mln. dollar həcmində kredit və 18 mln. dollara yaxın qrant ayırıb.

Son xəbərlər

Orphus sistemi