Samir Şərifov: “2016-2017-ci illər ölkə iqtisadiyyatı üçün kifayət qədər çağırışlarla zəngin illər olub”

Samir Şərifov: “2016-2017-ci illər ölkə iqtisadiyyatı üçün kifayət qədər çağırışlarla zəngin illər olub” “2008-ci ildən başlayaraq Azərbaycanda sosial tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsi baş verir. Bu nə ilə bağlıdır? Bildiyiniz kimi 2016-2017-ci illər ölkəmiz, ölkə iqtisadiyyatı üçün kifayət qədər çağırışlarla dolu illər olub. 2016-cı ildə ölkəmizdə iqtisadi artım mənfi məcraya yönəlmişdisə, 2017-ci ildə artıq ölkəmizdə iqtisadi artım müsbət trayektoriyaya qayıdıb. Yəni 0,1% iqtisadi artım əldə edilib”.
Maliyyə
19 İyun , 2019 23:14
Samir Şərifov: “2016-2017-ci illər ölkə iqtisadiyyatı üçün kifayət qədər çağırışlarla zəngin illər olub”
Samir Şərifov

“2008-ci ildən başlayaraq Azərbaycanda sosial tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsi baş verir. Bu nə ilə bağlıdır? Bildiyiniz kimi 2016-2017-ci illər ölkəmiz, ölkə iqtisadiyyatı üçün kifayət qədər çağırışlarla dolu illər olub. 2016-cı ildə ölkəmizdə iqtisadi artım mənfi məcraya yönəlmişdisə, 2017-ci ildə artıq ölkəmizdə iqtisadi artım müsbət trayektoriyaya qayıdıb. Yəni 0,1% iqtisadi artım əldə edilib”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov AzTV-də yayımlanan “Günün Nəbzi” verilişində deyib.

Onun sözlərinə görə, 2018-ci ildən başlayaraq müsbət dinamika əldə edildikcə, makroiqtisadi sahədə iqtisadiyyatın tarazlaşdırılması istiqamətində qazanılan uğurlar nəticəsində bir sıra sosial addımların atılmasına başlanılıb:

“2018-ci ilin ilk aylarında Prezident İlham Əliyev tərəfindən əmək haqlarının artırılmasına dair bir sıra sərəncamlar imzalanıb və bu sərəncamlarla o vaxt əmək haqları, təqaüdlər, sosial müavinətlər və s. 10% artrılıb. Bu məqsədlər üçün 2018-ci ilin dövlət büdcəsində 500 milyon manatdan artıq vəsait sərf edilib. 2019-cu ildə bu siyasət davam etdirilib. Cari ilin mart-aprel aylarında ilk sosial tədbirlər paketi bəyan edilib və onun həyata keçirilməsinə başlanılıb. Bu kifayət qədər böyük miqyasda idi. Minimum əməkhaqqı 130 manatdan 180 manata qədər artırılıb və bununla yanaşı minimum pensiyanın məbləği də 160 manata çatdırılıb. O vaxt bu rəqəm 116 manat idi. İndeksasiyanı da nəzərə alsaq 120 manat idi. Prezidentin sərəncamlarına əsasən, təkcə bu tədbirlərin həyata keçirilməsinə dövlət büdcəsindən 340 milyon manat vəsait ayrılıb”.

Son xəbərlər

Orphus sistemi