Bakı. 28 yanvar. REPORT.AZ/ Hazırkı mərhələdə "Muğanbank" ASC-nin hər hansı başqa bir kommersiya bankı ilə konsolidasiyası məsələsi gündəmdə deyil.
"Report" xəbər verir ki, bunu "Muğanbank" ASC-nin Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov bildirib.
"Muğanbank" konsolidasiya ilə bağlı nə hər hansı banka müraciət edib, nə də hər hansı bankdan təklif alıb", - deyə Ş.Ələkbərov qeyd edib.