Yuxarı
    Bağlamaq

    ​Şahmar Mövsümov Suveren Fondların Beynəlxalq Forumunun iclasında iştirak edib

    ARDNF-in icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib

    Bakı. 20 noyabr. REPORT.AZ/ Noyabrın 19-20-də Dohada (Qətər) Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) VI iclası keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) mətbuat xidmətindən bildirilib.

    ARDNF-in icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

    Qeyd edək ki, SFBF Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb və ilk rəsmi iclasını 2009-cu il oktyabrın 8-9-da Bakıda keçirib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi