Yuxarı

Şahmar Mövsümov: “Dollar bahalaşanda bu valyutadan alanlar uduzdular”

Dövlət Neft Fondunun icraçı direktoru: Biz valyutaların arxasınca düşmürük, hansı qalxdısa qaçıb ondan almırıq

Bakı. 12 iyul. REPORT.AZ/ "İngiltərə funt sterlinqi dəyərdən düşsə də ABŞ dolları dəyərini artırıb. Bizdə isə portfelin 50 faizi dollardadır". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov deyib.

O qeyd edib ki, hansısa valyutanın qiymətdən düşməsi nisbidir: "Biz valyutaların arxasınca düşmürük, hansı qalxdısa qaçıb ondan almırıq. Bu gün manatda da elə vəziyyətdir. Dollar qalxdı hamı qaçdı dollar aldı. Sonra manat lazım olanda manat aldılar və uduzdular".

Ş.Mövsümov deyib ki, ARDNF portfelini müxtəlif valyutalarda saxlayır: "Bunu ona görə edirik ki, bu dəyərsizləşmə ümimilikdə portfelimizə təsir etməsin".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi