Yuxarı

Şahmar Mövsümov: “ARDNF-dən büdcəyə transfertlərin azalması olduqca müsbət haldır”

“Bu həm fiskal konsalidasiyaya imkan verir, həm də makroiqtisadi sabitliyi təmin edir”

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Gələn ilin dövlət büdcəsində Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərin həcmi bu illə müqayisədə 1,5 milyard manat az, yəni 6,1 mlrd. manat təşkil edəcək".

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov deyib.

O hesab edir ki, ARDNF-dən büdcəyə transfertlərin azalması olduqca müsbət haldır: “Bu həm fiskal konsalidasiyaya imkan verir, həm makroiqtisadi sabitliyi təmin edir, həm də valyuta ehtiyatlarının qorunmasına imkan verir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi