Yuxarı

Şahin Mustafayev: "Qeyri-neft tranzit daşımalarının həcmi 43 faiz artıb"

Şahin Mustafayev: "Qeyri-neft tranzit daşımalarının həcmi 43 faiz artıb"

"Doğrudan da Azərbaycan möhtəşəm inkişaf yolu keçmişdir. Bunu hər kəs, hər bir Azərbaycan vətəndaşı bilir, gündəlik həyatında görübdür. Müqayisəsiz bir mənzərə mövcuddur - 2003-cü il və 2019-cu il tamamilə başqa mənzərədir. Siz qeyd etdiyiniz kimi, ölkə iqtisadiyyatı 3,3 dəfə artmışdır. Siz qeyd etdiyiniz kimi, ölkənin əsas maliyyə mənbəyi neft sektoru olduğu üçün bu sektor daha da yüksək templərlə inkişaf etmişdir. Qeyri-neft sektoru aşağı templərlə - 2,8 dəfə artmışdır".

"Report" xəbər verir ki, bu fikirləri Şahin Mustafayev yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən bildirib.

"Siz dövlət başçısı kimi fəaliyyətə başladığınız ilk dövrdən məhz iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını bir vəzifə kimi hökumətin qarşısına qoymuşdunuz. Ölkənin potensialını dəfələrlə artırmaqla yanaşı, bu sahədə də genişmiqyaslı işlər görülmüşdür. Siz burada regionların sosial-iqtisadi inkişafı Dövlət proqramını xatırlatdınız. Bu proqram Sizin sosial-iqtisadi sahədə ilk proqramlarınızdan biri olmuşdur. Qeyd etməliyəm ki, proqramın icrası nəticəsində ölkənin regionlarının siması, sözün əsl mənasında, dəyişmişdir, insanların həyat səviyyəsi dəfələrlə artmışdır. Azərbaycanda yoxsulluğun səviyyəsi 10 dəfəyə yaxın aşağı düşmüşdür və bu gün təqribən 5 faiz təşkil edir. İşsizlik də eyni qaydada. İşsizliyin səviyyəsi aşağı düşmüşdür. Digər göstəricilər, ölkədə həyata keçirilən infrastruktur layihələri, yollar - 15 min kilometrə yaxın yollar tikilmişdir. Ölkə, sözün əsl mənasında, nəqliyyat qovşağına çevrilmişdir. Nəqliyyat sahəsində görülən işlər - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolunda aparılan yenidənqurma və təmir işləri, Bakı-Tbilisi-Qars dəmir yolu. Bu nəhəng layihələr ölkənin tranzit imkanlarını genişləndirmişdir. Mən bu ilin doqquz ayının yekunları üzrə göstəricilərin birini xatırlatmaq istəyirəm ki, qeyri-neft tranzit daşımalarının həcmi 43 faiz artmışdır. Sahibkarlıq ciddi inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanda orta sinif, möhkəm sahibkarlıq sinfi formalaşmışdır", - deyə Ş.Müstafayev qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi