Sabirabadda vergi ödəyiciləri ilə görüş keçirilib

Sabirabadda vergi ödəyiciləri ilə görüş keçirilib Görüşdə sahibkarlar, icra strukturları və ictimaiyyət nümayəndələri iştirak ediblər
Maliyyə
24 İyul , 2015 00:42
Sabirabadda vergi ödəyiciləri ilə görüş keçirilib

Bakı. 24 iyul. REPORT.AZ/ Sabirabad rayonunda “Davamlı iqtisadiyyatın inkişafında vergi siyasətinin rolu” mövzusunda görüş keçirilib.

"Report"un məlumatına görə, dəyirmi masa xarakteri daşıyan görüşdə 5 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə daxil olan rayonların sahibkarları, icra strukturlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov Azərbaycan Respublikasında həyata keçirilən vergi siyasəti, Vergilər Nazirliyi tərəfindən vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən islahatlar, təqdim olunan xidmətlər barədə məlumat verib, vergi qanunvericiliyinə əməl edilməsinin vacibliyinin cəmiyyətə aşılanması və həyata keçirilən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.

Dəyirmi Masada yerli icra hakimiyyəti orqanının, sahibkarların, rayon ictimaiyyətinin nümayəndələri çıxış edib, Vergilər Nazirliyi tərəfindən təqdim olunan xidmətlər, nağdsız ödəmələrin tətbiq sahəsinin genişləndirilməsi, vergi borclarının yaranması ilə bağlı problemlər barədə müzakirələr aparılıb. Tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi