"Bank Standard" iyulun 4-dən etibarən normal fəaliyyətini bərpa edəcək

"Bank Standard" iyulun 4-dən etibarən normal fəaliyyətini bərpa edəcək Bazar ertəsindən bankda istənilən məbləğdə əmanəti olanların pullarının verilməsinə başlanacaq
Maliyyə
2 İyul , 2016 18:41
Bank Standard iyulun 4-dən etibarən normal fəaliyyətini bərpa edəcək

Bakı. 2 iyul. REPORT.AZ/ İyulun 4-dən etibarən "Bank Standard" QSC-də istənilən məbləğdə əmanəti olanların pullarının verilməsinə başlanacaq.

"Report" xəbər verir ki, bu barədə ANS TV-yə müsahibəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

"Həftənin 1-ci günündən "Bank Standard"ın daha fundamental sağlamlaşdırılması prosesinə start veriləcək.

Bankın öhdəliklərinin icrası istiqamətində məhkəmə tərəfindən təyin olunmuş məhdudiyyətlər tam aradan qalxır və "Bank Standard" normal rejimdə fəaliyyətə başlayacaq. Bu barədə biz bazar ertəsi ictimaiyyətə daha ətraflı məlumat açıqlayacağıq" - deyə R.Aslanlı bildirib.

Son xəbərlər

Orphus sistemi