Sabah FED-in qərarlarına təsir edəcək vacib göstərici açıqlanacaq

Sabah FED-in qərarlarına təsir edəcək vacib göstərici açıqlanacaq Uçot dərəcəsinin artırılması üçün işsizliyin azalması ilə yanaşı, əmək haqlarında artımın olması zəruridir
Maliyyə
6 İyul , 2017 17:48
Sabah FED-in qərarlarına təsir edəcək vacib göstərici açıqlanacaq

Bakı. 6 iyul. REPORT.AZ/ Sabah ABŞ-da kənd təsərrüfatı sektoru istisna olmaqla iyun ayı üzrə məşğulluq göstəricisinin açıqlanması gözlənilir. 

"Report" xəbər verir ki, bu göstərici son zamanlar uçot dərəcəsinin artırılması ilə bağlı fikir ayrılığı yaşayan FED üzvlərinin qərar verməsi baxımından önəmli olacaq. 

Belə ki, hazırda FED üzvləri ABŞ iqtisadiyyatının gələcəyi ilə bağlı dəqiq proqnoz verməkdə çətinlik çəkirlər. İqtisadi artım ilk rübdə yavaşlayarkən, inflyasiya 2% hədəfindən xeyli geri qalıb, əmək haqlarının artımında isə müsbət dəyişiklik müşahidə edilmir. Lakin bununla yanaşı, işsizlik son 16 ilin minimum səviyyəsi olan 4,3%-ə kimi geriləyib. 

Hazırda FED üçün önəmli olan 3 əsas göstəricinin müsbət tendensiya göstərməsi zərurəti yaranıb: Bunlardan birincisi, əmək haqlarında illik müqayisədə ən azı 3% artması, ikincisi - yeni işə qəbul olunanların aylıq 80-100 min olması və işsizlik göstəricisində azalmanın davam etməsidir. Əks halda, FED uçot dərəcəsini artırarsa, ABŞ iqtisadiyyatının resessiyaya girmək ehtimalı yarana bilər.

Son xəbərlər

Orphus sistemi