Sabah Bakıda sığorta sektorunun inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalanacaq

Sabah Bakıda sığorta sektorunun inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalanacaq Sabah Bakıda keçiriləcək IX Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2019) çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, Təhsil Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu (İSB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulub.
Maliyyə
27 İyun , 2019 15:05
Sabah Bakıda sığorta sektorunun inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalanacaq

Sabah Bakıda keçiriləcək IX Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2019) çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, Təhsil Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu (İSB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulub.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Qeyd edək ki, tədbir “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adı ilə baş tutacaq. Forum çərçivəsində Azərbaycanın sığorta bazarındakı mövcud vəziyyət və investisiya imkanları, icbari sığorta bazarı, sığortalıların imkanlarının və hüquqlarının genişləndirilməsi, tibbi sığorta sahəsində dayanıqlı ekosistemin qurulması, Azərbaycanda sığorta təminatının təkmilləşdirilməsi, o cümlədən sığorta bazarında rəqəmsal texnologiyaların tətbiqi və digər mövzular üzrə ətraflı məlumatlar təqdim olunacaq, panel müzakirələr aparılacaq.

Bununla yanaşı, İSB sığorta hadisələrinin idarə edilməsi sisteminin (HİS) təqdimatını keçirəcək.

Son xəbərlər

Orphus sistemi