Sabah Azərbaycanda dolların məzənnəsinin rekord həddə çatacağı gözlənilir

Sabah Azərbaycanda dolların məzənnəsinin rekord həddə çatacağı gözlənilir AZN/USD nisbəti azı 1,6580 ola bilər
Maliyyə
3 Noyabr , 2016 12:05
Sabah Azərbaycanda dolların məzənnəsinin rekord həddə çatacağı gözlənilir

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 4-nə olan rəsmi məzənnəsini 1,6580 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir. "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,6580 AZN/USD olub.

Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-cü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axşama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,55% artması deməkdir.

Sabaha olan rəsmi məzənnə 1,6580 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı tarixi maksimum olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə 2016-cı il noyabrın 2-də (1,6490 AZN/USD) qeydə alınıb. Bu gün də dolların məzənnəsi 1,6490 manatdır. 

Son xəbərlər

Orphus sistemi