Sabah AIF-in istiqrazları ilə bağlı hərrac keçiriləcək

Sabah AIF-in istiqrazları ilə bağlı hərrac keçiriləcək Qiymətli kağızlar nominal dəyərindən 0,53 yüksək qiymətə satışa çıxarılacaq
Maliyyə
7 İyun , 2017 13:05
Sabah AIF-in istiqrazları ilə bağlı hərrac keçiriləcək

Bakı. 7 iyun. REPORT.AZ/ Sabah Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 10 mln. manatlıq adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” AİF-ə istinadən xəbər verir ki, qiymətli kağızlar 1 005,25 manat qiyməti ilə satışa çıxarılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası AİF-in istiqrazlarının baza emissiya prospektini bu il martın 6-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi həcmi 100 mln. manat təşkil edir. Bir istiqrazın nominal dəyəri 1 000 manat, illik faiz dərəcəsi 3%-dir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçirilir. Depozitari və Sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərir. 

Son xəbərlər

Orphus sistemi