S&P: Xarici iqtisadi və vergitutma göstəriciləri Azərbaycanın reytinqini gücləndirir

S&P: Xarici iqtisadi və vergitutma göstəriciləri Azərbaycanın reytinqini gücləndirir “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutalardakı uzunmüddətli Emitent Default Reytinqini (Emitent Default Rating – EDR) BB+/B səviyyəsində, sabit proqnozu ilə təsdiq edib.
Maliyyə
27 Yanvar , 2020 13:46
S&P: Xarici iqtisadi və vergitutma göstəriciləri Azərbaycanın reytinqini gücləndirir

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutalardakı uzunmüddətli Emitent Default Reytinqini (Emitent Default Rating – EDR) BB+/B səviyyəsində, sabit proqnozu ilə təsdiq edib.

“Report” agentliyin məlumatına istinadən xəbər verir ki, “sabit” proqnozu yaxın 12 ay ərzində müstəqil reytinqlərə təsir göstərən risqlərin nə qədər tarazlı olması barədə rəyi əks etdirir: “Qənaətimizcə, hökumət bundan sonra da makroiqtisadi sabitliyə, o cümlədən vergitutma göstəricilərinə öncül diqqət yetirəcək. Neft hasilatının artım perspektivləri məhdud olmaqla yanaşı iqtisadiyyatın qeyri-enerji sektorunda istehsal artımının sürəti hələ də aşağıdır”.

Agentliyin ekspertlərinin fikrincə, xarici balans profisiti ilkin ehtimallarla müqayisədə daha çox artacağı, bununla da hökumətin likvid aktivləri daha sürətlə artacağı təqdirdə agentlik müstəqil reytinqlərini yüksəldə bilər. Bunun üçün məsələn, karbohidrogenlərin qiyməti ilkin proqnozlara nisbətən daha çox artması və agentliyin də bu artımın daimi olduğunu qeyd etməsi zəruridir. “Həmçinin Azərbaycan iqtisadiyyatının məhdud şaxələnməsi, pul-kredit siyasətinin tətbiqində böyük məhdudiyyətlər kimi struktur nöqsanlarının aradan qaldırılmasına yönələn islahatlar proqramı hazırlanaraq qəbul olunsa da reytinqlər yüksəldilə bilər”, - “S&P”-nin açıqlamasında qeyd olunur.

Ekspertlərin sözlərinə görə, Azərbaycanın dövlət borcunun nisbətən az olması və Dövlət Neft Şirkətinin (SOCAR) xarici ölkələrdəki iri sərmayələri nəticəsində də ölkənin reytinqlərinə müsbət təsir edən xarici iqtisadi və vergitutma göstəriciləri güclənir.

“Bizim ehtimalımıza görə iqtisadi artımın məhdud perspektivləri yenə də neft-qaz sektorundakı meyllərlə, habelə dövlət sektorunun məsrəflərilə bağlı olacaq. 2020-ci ilin əvvəlindən etibarən neft qiymətlərində gözlədiyimiz azalma və neft məhsullarının istehsalı ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda 2020-2021-ci illərdə iqtisadi artıma dair proqnozlara təsir edəcək. ABŞ-da istehsal olunan təbii qazın, Kanadanın AECO istehsalı təbii qazın və xam neftin qiymətlərilə bağlı uzunmüddətli ehtimallar dəyişməyib. Fikrimizcə, 2019-cu ildə müəyyən iqtisadi artımı təmin edən amillər olan milli valyutanın və inflasiyanın sabit səviyyəsi, minimum əmək haqqı və sosial müavinətlərinin artımı istehlakçıların etimadını yüksəldən amillər olacaq”, – açıqlamada göstərilir.

Son xəbərlər

Orphus sistemi