Yuxarı

"​S&P": Türkiyədə erkən seçki siyasi sabitliyi poza bilər

Hazırkı qeyri-müəyyənlik iqtisadi artıma zərər vurur və investisiyaları ləngidir

Bakı. 19 iyun. REPORT.AZ/ "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi Türkiyənin erkən seçkiyə gedəcəyi təqdirdə ölkədə siyasi qeyri-müəyyənlik yaranacağını və ilin sonuna qədər bu vəziyyətin davam edəcəyini bildirib. "Report" xəbər verir ki, agentliyin hesabatına əsasən, belə bir durum potensial iqtisadi artıma zərər verəcək və iş dünyasının investisiyaları gözləməsinə səbəb olacaq.

Qeyd edək ki, iyunun 7-də Türkiyədə keçirilən parlament seçkilərində son 13 ildə iqtidarda tək partiya kimi fəaliyyətdə olan AKP mütləq çoxluq üçün lazımi qədər səs toplaya bilməyib və parlament məcburən koalisiya axtarışlarına start verib. Koalisiya 45 gün ərzində qurulmasa, Türkiyə erkən seçkiyə getməli olacaq.

"S&P" qeyd edir ki, Türkiyənin maliyyə vəziyyəti və borc dinamikası pisləşməyə doğru irəliləyərsə, ölkənin kredit reytinqi azaldıla bilər. Agentlik tərəfindən kredit reytinqi təhlil edilən ölkələr arasında Türkiyənin tədiyyə balansı ən həssasıdır. Seçkidən bu günə qədər Türkiyə lirəsi dollara qarşı 2,8% ucuzlaşıb və bu vəziyyətin istehlakçı etimadını və inflyasiyaya ciddi ziyan vurduğu bildirilir.

"Report"un analitik qrupu qeyd edir ki, Türkiyə erkən seçkilərə qərar verərsə, lirənin ucuzlaşaraq 3 TRY/USD səviyyəsinə çatacağı və İstanbul Fond Birjasının (BİST) aparıcı indeksi olan BİST-100-ün hazırkı 80 000 səviyyəsindən 70 000 səviyyəsinə qədər (-15%) azalacağını proqnozlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi