“S&P” Rusiyanın kredit reytinqi üzrə proqnozu yüksəldib

“S&P” Rusiyanın kredit reytinqi üzrə proqnozu yüksəldib Kredit reytinqinin özü isə “BB+” səviyyəsində saxlanılıb
Maliyyə
18 Mart , 2017 12:04
“S&P” Rusiyanın kredit reytinqi üzrə proqnozu yüksəldib

Bakı. 18 mart. REPORT.AZ/ “Standard & Poor`s” (“S&P”) beynəlxalq reytinq agentliyi Rusiyanın suveren kredit reytinqi üzrə proqnozu “Stabil”dən “Müsbət”ə dəyişib. 

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, kredit reytinqinin özü isə “BB+” səviyyəsində saxlanılıb. Agentlik bəyan edib ki, əgər Rusiya iqtisadiyyatında neftin aşağı qiymətinə adaptasiya olmaq prosesi davam etsə və bu ölkənin dövlət borcu aşağı səviyyədə qalsa, kredit reytinqi yüksəldilə bilər.

Qurum heab edir ki, 2017-2020-ci illərdə Rusiyada ümumi daxili məhsulun artımı orta hesabla 1,7% təşkil edəcək. İqtisadi inkişafa mane olan əsas amillər Rusiya qarşı tətbiq olunmuş sanksiyalar, ölkə iqtisadiyyatındakı struktur problemləri və neftin ucuz satılması ola bilər.

Xatırladaq ki, 2016-cı ilin sentyabr ayında “S&P” Rusiyanın kredit reytinqi üzrə proqnozu “Mənfi”dən “Stabil”ə dəyişmişdi. Bu, 2010-ci ildən etibarən beynəlxalq reytinq agentliyinin ilk dəfə Rusiya ilə bağlı müsbət proqnozu olub. Oxşar addımları “Fitch” və “Moody's” də atıb. Rusiyanın maliyyə naziri Anton Siluanov bunu ölkə iqtisadiyyatının yeni yaranmış şəraitə problemsiz adaptasiyası ilə izah edib. 

Son xəbərlər

Orphus sistemi