​S&P Türkiyənin bir neçə bankının reytinqini aşağı salıb

​S&P Türkiyənin bir neçə bankının reytinqini aşağı salıb Onların reytinqi "BB+" səviyyəsindən "BB"-yə" endirilib
Maliyyə
22 İyul , 2016 18:35
​S&P Türkiyənin bir neçə bankının reytinqini aşağı salıb

Bakı. 22 iyul. REPORT.AZ/ "S&P Global Ratings" (S&P) Beynəlxalq Reytinq Agentliyi Türkiyənin 5 maliyyə institutunun uzunmüddətli kredit reytinqini aşağı salıb. Reytinqlər üzrə proqnoz neqativdir.

"Report"un verdiyi məlumata görə, bu barədə agentliyin yaydığı xəbərdə deyilir.

Kredit reytinqi endirilən banklar  bunlardır: "Turkiye Is Bankasi" AS (Isbank), "Garanti Finansal Kiralama" A.S. (Garanti Leasing), "Yapi ve Kredi Bankasi" A.S. (YapiKredi), "Turkiye Garanti Bankasi" A.S. (Garanti) və "Turkiye Vakiflar Bankasi" TAO (VakifBank).

Onların reytinqi "BB+" səviyyəsindən "BB"-yə endirilib.

Son xəbərlər

Orphus sistemi