S&P: Bank sektorundakı vəziyyət sığorta sektoruna təsir edib

S&P: Bank sektorundakı vəziyyət sığorta sektoruna təsir edib Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycanın reytinqi ötən ilə nisbətən yaxşılaşaraq Mənfidən Sabitə dəyişib.
Maliyyə
20 İyun , 2018 11:05
S&P: Bank sektorundakı vəziyyət sığorta sektoruna təsir edib
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ "Azərbaycanın reytinqi ötən ilə nisbətən yaxşılaşaraq "Mənfi"dən "Sabit"ə dəyişib". 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən beynəlxalq sığorta konfrasında "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyinin assosiativ direktoru Yekaterina Tolstova deyib. 

O, həmçinin əlavə edib ki, Azərbaycanın aktivlərinin əsasən Dövlət Neft Fondunun (ARDNF) nəzarətində olması onun əsas üstünlüyüdür. 

Yerli sığorta bazarındakı vəziyyətə toxunan S&P rəsmisi deyib ki, Azərbaycanın əksər sığorta şirkətlərinin sahibləri banklardır. Onların devalvasiya nəticəsində üzləşdiyi problemlər sığorta sahəsinə təsirini göstərib: "2013-2017-ci illərdə Azərbaycanda sığorta gəlirləri ABŞ dolları ilə ifadədə 38% azalıb, Azərbaycan manatı ilə ifadədə isə 37% artıb. Bu isə təbii ki, milli valyutanın mövqeyi ilə bağlıdır".

Son xəbərlər

Orphus sistemi