Yuxarı
    Bağlamaq

    "S&P": Azərbaycanın müstəqil reytinqi 2017-ci ildə azaldıla bilər

    Neqativ proqnoza sahib olan ölkələrin ən azı 1/3-nin suveren reytinqinin bu il azaldılması mümkündür

    Bakı. 12 yanvar. REPORT.AZ/ "Standard & Poor's" beynəlxalq reytinq agentliyi 2017-ci ildə "neqativ" proqnoza sahib olan ölkələrin ən azı 1/3-nin müstəqil reytinqini azalda biləcəyini proqnozlaşdırır. "Report"un "S&P 2017-ci il Global Suveren Reytinq Trendləri" adlı hesabatına istinadən bildirir ki, "neqativ" proqnoza sahib olan ölkələrin sayı 2008-ci ilin əvvəlindən etibarən "pozitiv" proqnoza sahib olan ölkələrin sayını ötüb. 2017-ci il yanvarın 1-nə "neqativ" proqnoza 30 ölkə, "pozitiv" proqnoza isə 7 ölkə sahib olub. Beləliklə, mənfi iqtisadi perspektivə sahib olan ölkələr müsbət gözləntisi olanları 23 vahid üstələyib. Bu göstəricinin maksimumu isə 2016-cı il iyun ayına təsadüf edib və 30 vahid təşkil edib (cədvəl-1-də 2006-cı ildən etibarən "neqativ", "pozitiv" və "stabil" proqnoza sahib olan ölkələrin sayı göstərilib).

    "S&P" agentliyi Orta Şərq, MDB və Afrika bölgəsində "neqativ" proqnoza sahib olan ölkələrlə "pozitiv" proqnoza sahib olan ölkələr arasındakı fərqin yüksək olduğunu bildirib. 2012-ci ildən etibarən yüksək olan bu fərq göstəricisi yalnız 2014-cü ildə bir qədər azalsa da, 2017-ci il yanvarın 1-nə yenidən 10 vahid təşkil edib (cədvəl-2-də Avropa, Asiya-Sakit Okean, Latın Amerikası və Orta Şərq, MDB və Afrika bölgəsi ölkələrinin fərq göstəricisi əks etdirilib).

    "S&P" həmçinin Afrika, Amerika, Asiya-Sakit Okean, Avropa və Orta Şərq-MDB bölgələrində "neqativ" və "pozitiv" reytinqə sahib olan ölkələrin siyahısını açıqlayıb (cədvəl-3-də 2017-ci il yanvarın 1-nə olan ölkələr).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi