"S&P" agentliyi "Muğanbank"ın reytinqini aşağı salıb

"S&P" agentliyi "Muğanbank"ın reytinqini aşağı salıb Bankın reytinqi üzrə proqnoz da mənfi qiymətləndirilib
Maliyyə
21 İyun , 2017 17:47
S&P agentliyi Muğanbankın reytinqini aşağı salıb

Bakı. 21 iyun. REPORT.AZ/ "Standard & Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycanın "Muğanbank" ASC-nin qısamüddətli və uzunmüddətli kredit reytinqini "B-/B" səviyyəsindən "CCC+/C" səviyyəsinə endirib. "Report" "S&P"-yə istinadən xəbər verir ki, reytinqin azaldılmasına səbəb Bankın likvidlik və kapitallaşma mövqələrinin zəifləməsidir. Agentlik qeyd edib ki, Bankın kredit itkilərini qarşılamaq gücü azalıb.

Həmçinin hesabatda bildirilir ki, 2016-cı ildə Bankdan depozit axını likvid aktivlərin həcmini azaldıb. Banka verilən "neqativ" proqnoz isə problemli kreditlərdən yaranan itkilər və depozit axını səbəbindən gəlirlərə və kapitala təzyiqləri əks etdirir.

Agentlik həmçinin qeyd edir ki, "Muğanbank"ın reytinqinin aşağı salınması Azərbaycanda orta ölçülü banklar üçün yaranmış əlverişsiz şərait nəticəsində kredit portfelinin pisləşməsi səbəbindən baş verib. "S&P" 2016-cı ildə Bankın depozit portfelinin 30% azaldığını, yüksək likvidli aktivlərin 77% aşağı düşərək 14,5 mln. manata gerilədiyini qeyd edib. Nəticədə, likvidlik buferi depozitlərin 7,5%-ni təmin edib. Belə ki, bu göstərici 2015-ci ilin yekununda 24% olub.

Agentlik "Muğanbank"ın səhmdarlarının 2016-cı ildə banka 25 mln. manat vəsait yatırmasını müsbət qiymətləndirib. Lakin Banka verilən "neqativ" proqnozunu yaxın 12-18 ay müddətində maliyyə öhdəliklərinin yerinə yetirilməsinə yarana biləcək problemlərlə əsaslandırıb.

Son xəbərlər

Orphus sistemi