"S&P" agentliyi "Azərenerji"nin reytinqini azaldıb

"S&P" agentliyi "Azərenerji"nin reytinqini azaldıb "Azərenerji"yə nəzarət və dəstək zəifləyərsə, reytinq daha da azaldıla bilər
Maliyyə
3 Fevral , 2016 09:38
S&P agentliyi Azərenerjinin reytinqini azaldıb

Bakı. 3 fevral. REPORT.AZ/ "Standard & Poor's" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-"dən "BB+"a, qısamüddətli kredit reytinqini isə "A-3"dən "B"yə endirib. Reytinq üzrə proqnoz isə "neqativ" kimi təsdiq edilib.

"S&P" agentliyi qərarını Azərbaycanın suveren reytinqinin azalması ilə əlaqələndirib. Qeyd edək ki, yanvarın 29-da Agentlik Azərbaycanın suveren reytinqini də eyni səviyyədə endirib. Buna baxmayaraq, "S&P" Azərbaycan hökumətinin "Azərenerji"nin maliyyə çətinliyinə düşəcəyi təqdirdə təcili yardım edəcəyini vurğulayır. Bununla yanaşı, şirkətin müstəqil kredit ödəmə qabiliyyəti "ccc+" səviyyəsində təsdiqlənib.

Agentlik, həmçinin bildirib ki, əgər Azərbaycan hökuməti tərəfindən "Azərenerji"yə nəzarət və inzibati mexanizmlərin zəiflədiyi hiss edilərsə, şirkətin reytinqi daha da aşağı salına bilər. "Neqativ" kredit proqnozunun verilməsi də məhz bu amillə bağlıdır. Lakin Azərbaycan Maliyyə Nazirliyi tərəfindən "Azərenerji"nin borclarına zəmanət verilib.

"S&P" agentliyi 90 gün ərzində kredit proqnozu ilə bağlı fikirin formalaşacağını bildirib və qeyd edib ki, bu müddət ərzində hökumətin "Azərenerji"yə inzibati dəstək potensialı məlum olacaq.

Son xəbərlər

Orphus sistemi