"S&P 500" indeksi 1 trln. dollar itirib

"S&P 500" indeksi 1 trln. dollar itirib "Report": ABŞ fond indekslərinin daha 7-8% azalması gözlənilir
Maliyyə
13 Yanvar , 2016 16:38
S&P 500 indeksi 1 trln. dollar itirib

Bakı. 13 yanvar. REPORT.AZ/ ABŞ-ın "S&P 500" indeksinin dəyəri bu ilin ilk 12 günündə 1,04 trln. dollar azalıb. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə əsasən, indeksin azalmasında "Google", "Facebook", "Intel" və "Yahoo" kimi nəhəng şirkətlərin səhmlərinin ucuzlaşması böyük rol oynayıb. Qeyd edək ki, "S&P 500" indeksi ABŞ-ın ən yüksək kapitallaşmaya sahib olan 500 şirkətin səhmlərinin xüsusi düsturla hesablanmış orta qiymətini əks etdirir. Bu indeks "Standard&Poor's" beynəlxalq reytinq agentliyi tərəfindən tərtib olunub və 1957-ci il martın 4-dən hesablanır.

Qeyd edək ki, "S&P 500" indeksinin kapitallaşması 17 trln. dollara yaxındır. Bu ilin ilk 12 günündə səhmləri ən çox zəifləyən "Google" (508 mlrd. dollar), "Facebook" (281 mlrd. dollar), "Intel" (154 mlrd. dollar) şirkətləri olub. Bundan başqa, neft qiymətlərinin kəskin düşməsi nəticəsində ilin əvvəlindən etibarən enerji sektoru şirkətlərinin də səhmləri ciddi zərərə uğrayib. Belə ki, "Exxon Mobile"in kapitallaşması 310 mlrd. dollar azalıb.

Ümumiyyətlə, yanvarın 3-8-də "Dow Jones" indeksi 19% azalaraq 16 346 bəndə, "S&P" indeksi 5,96% azalaraq 1 911 bəndə düşərək tarixlərində ən pis ilin başlanğıcını keçirib. "Nasdaq" texnologiya indeksi isə bu müddət ərzində 7,26% azalıb və 4 643 bənd təşkil edib.

"Report"un analitik qrupu hesab edir ki, müəyyən bir fasilədən sonra ABŞ fond indeksləri qlobal böhran, neft qiymətlərinin azalması və FES-in uçot dərəcələrini artırması fonunda yaxın 1 ay ərzində azalmağa davam edəcək və daha 7-8% zəifləyəcək.

Son xəbərlər

Orphus sistemi