​Rusiyaya kapital axını kəskin artıb

​Rusiyaya kapital axını kəskin artıb İnkişaf etməkdə olan bazarlara 4,8 mlrd. dollar vəsait daxil olub
Maliyyə
22 İyul , 2016 16:31
​Rusiyaya kapital axını kəskin artıb

Bakı. 22 iyul. REPORT.AZ/ Rusiyaya kapital axını iyulun 14-20-də 197 mln. ABŞ dolları təşkil edib. "Report" inkişaf etməkdə olan maliyyə bazarlarına fond axınını araşdıran "Emerging Portfolio Fund Research" (EPFR)-ə istinadən xəbər verir ki bu, bir həftə əvvəlki göstərici ilə müqayisədə 2 dəfə artıqdır. Hesabat dövründə Rusiyada aktiv idarə olunan maliyyə fondlarına kapital axını 36,8 mln. dollar təşkil edib. Bir həftə əvvəl isə bu kateqoriyadan olan fondlardan 6,4 mln. dollar çıxış olub.

"Sberbank İnvestment Research" araşdırma şirkətinə görə Rusiyada mövcud olan passiv fondlara isə kapital axını hesabat dövründə 160 mln. dollar olub. Xatırladaq ki, bir həftə əvvvəl bu göstərici 103 mln. dollar təşkil edib.

EPFR-nin hesabatına əsasən inkişaf etməkdə olan ölkələrin (EM) kapital axını hesabat dövründə kəskin artaraq 4,8 mlrd. ABŞ dollar olub. "Sberbank İnvestment Research" şirkətinə görə bu kateqoriyadan olan ölkələrə kapital axınına əsasən investorların dünya üzrə mərkəzi bankların aldığı antiböhran tədbirləri və FES-in uçot dərəcəsini artırmağı ertələməsi səbəb olub. Bundan başqa investorlar mənfi faizli avropa bazarından qaçaraq yüksək gəlirli inkişaf etməkdə olan bazarlarda qazanc əldə etmək istəyirlər.

Son xəbərlər

Orphus sistemi