Bakı. 19 mart. REPORT.AZ/ Rusiyanın beynəlxalq valyuta ehtiyatları bir həftə ərzində (martın 6-13-də) 5 mlrd. dollar azalıb. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Bankı açıqlama yayıb.
Məlumata görə, beynəlxalq valyuta ehtiyatları bir həftə ərzində 1,4% azalaraq 356,7 mlrd. dollardan 351,7 mlrd. dollara enib.
Xatırladaq ki, 2014-cü ilin nəticələrinə əsasən, Rusiyanın ehtiyatları 1,3 dəfə azalaraq bu ilin əvvəlində 385,46 mlrd. dollar olub.