​Rusiyanın valyuta ehtiyatları daha 5 mlrd. dollar azalıb

​Rusiyanın valyuta ehtiyatları daha 5 mlrd. dollar azalıb Ölkənin valyuta ehtiyatları 2014-cü ildə 1,3 dəfə azalaraq 385,5 mlrd. dollara düşüb
Maliyyə
19 Mart , 2015 16:58
​Rusiyanın valyuta ehtiyatları daha 5 mlrd. dollar azalıb

Bakı. 19 mart. REPORT.AZ/ Rusiyanın beynəlxalq valyuta ehtiyatları bir həftə ərzində (martın 6-13-də) 5 mlrd. dollar azalıb. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Bankı açıqlama yayıb.

Məlumata görə, beynəlxalq valyuta ehtiyatları bir həftə ərzində 1,4% azalaraq 356,7 mlrd. dollardan 351,7 mlrd. dollara enib.

Xatırladaq ki, 2014-cü ilin nəticələrinə əsasən, Rusiyanın ehtiyatları 1,3 dəfə azalaraq bu ilin əvvəlində 385,46 mlrd. dollar olub.

Son xəbərlər

Orphus sistemi