Rusiyanın qızıl-valyuta ehtiyatları 420 mlrd. dolları keçib

Rusiyanın qızıl-valyuta ehtiyatları 420 mlrd. dolları keçib Bu, tarixi maksimumdan 30% azdır
Maliyyə
11 Avqust , 2017 13:51
Rusiyanın qızıl-valyuta ehtiyatları 420 mlrd. dolları keçib

Bakı. 11 avqust. REPORT.AZ/ Rusiyanın qızıl-valyuta (beynəlxalq) ehtiyatlarının həcmi 1 həftə ərzində 1,2 mlrd. ABŞ dolları və yaxud 0,3% artaraq 420,1 mlrd. dollara çatıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Bankının (Mərkəzi Bank) açıqlamasında bildirilir.

Xatırladaq ki, bir qədər əvvəl qurumun sədri Elvira Nabiullina bəyan edib ki, rəhbərlik etdiyi qurum əlverişli iqtisadi şəraitdə beynəlxalq ehtiyatlarını 500 mlrd. dollara qədər artırmağı planlaşdırır. Bu rəqəm bu il aprelin sonuna 2014-cü ilin dekabr ayından bəri ən yüksək həddə - 400 mlrd. dollara çatıb.

“Thomson Reuster” media şirkətinin məlumatına görə, Rusiya Bankı artıq 5 ildir qızıl-valyuta ehtiyatlarının artımına görə dünyanın mərkəzi banklarına liderlik edir. 2016-cı ildə qurumun əldə etdiyi qiymətli metalların həcmi 201 ton olub. Qurum beynəlxalq ehtiyatları ilə bağlı tarixi maksimuma isə 2008-ci ilin avqust ayında nail olub və 598 mlrd. dollar qızıl-valyuta ehtiyatlarna malik olub. Başqa sözlə, hazırda ehtiyatların həcmi tarixi maksimumdan təxminən 30% azdır.  

Son xəbərlər

Orphus sistemi