Rusiyanın qızıl-valyuta ehtiyatları 28 aylıq fasilədən sonra 400 mlrd. dollara çatıb

Rusiyanın qızıl-valyuta ehtiyatları 28 aylıq fasilədən sonra 400 mlrd. dollara çatıb Ehtiyatlar minimum səviyyədən 14% yuxarıdır
Maliyyə
27 Aprel , 2017 17:22
Rusiyanın qızıl-valyuta ehtiyatları 28 aylıq fasilədən sonra 400 mlrd. dollara çatıb

Bakı. 27 aprel. REPORT.AZ/ Rusiyanın qızıl-valyuta ehtiyatları 15-21 aprel hesabat həftəsində 1,6 mlrd. ABŞ dolları və ya 0,4% artaraq 400 mlrd. dollar təşkil edib. Qeyd edək ki, Rusiyanın qızıl-valyuta ehtiyatları 28 aylıq fazilədən sonra 400 mlrd. dollara yüksəlib.

"Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Bankı (Mərkəzi Bank) tərəfindən verilib.

Bankdan ehtiyatların artmasına səbəb olaraq müsbət yenidən qiymətləndirmə amilinin təsiri göstərilib.

Qeyd edək ki, son maliyyə böhranında Rusiyanın beynəlxalq ehtiyatları 2015-ci il aprelin 30-da minimal səviyyə - 350,5 mlrd. dollara kimi geriləyib. Hazırda ehtiyatlar bu səviyyədən cəmisi 14,1% çoxdur.

Son xəbərlər

Orphus sistemi