Rusiyanın maliyyə naziri: "Rublun məzənnəsi neftin qiymətindən asılı deyil"

Rusiyanın maliyyə naziri: "Rublun məzənnəsi neftin qiymətindən asılı deyil" Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün rublun məzənnəsi neftin qiymətinin artıb-azalmasından asılı deyil.
Maliyyə
28 Noyabr , 2018 13:04
Rusiyanın maliyyə naziri: Rublun məzənnəsi neftin qiymətindən asılı deyil

Bakı. 28 noyabr. REPORT.AZ/ "Bu gün rublun məzənnəsi neftin qiymətinin artıb-azalmasından asılı deyil".

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini və maliyyə naziri Anton Siluanov bildirib.

“Mülayim sərtlikdə büdcə və pul-kredit siyasəti nəticəsində ölkədəki proqnozlaşdırıla bilən vəziyyət yaranıb. İndi məzənnənin neftin qiymətindən asılılığı yox dərəcəsindədir”, – nazir deyib.

Onun sözlərinə görə, büdcə profisiti sayəsində Rusiyaya qarşı sanksiyaların təsiri yumşaldılır.

Son xəbərlər

Orphus sistemi