Rusiyanın maliyyə naziri: "Hökumətin iqtisadi siyasəti özünü doğruldur"

Rusiyanın maliyyə naziri: "Hökumətin iqtisadi siyasəti özünü doğruldur" Anton Siluanov: “Fitch”in ardınca digər beynəlxalq reytinq agentlikləri də Rusiyanın reytinqi ilə bağlı müsbət qərar qəbul edəcək
Maliyyə
23 Sentyabr , 2017 15:39
Rusiyanın maliyyə naziri: Hökumətin iqtisadi siyasəti özünü doğruldur

Bakı. 23 sentyabr. REPORT.AZ/ “Fitch”in ardınca digər beynəlxalq reytinq agentlikləri də Rusiyanın reytinqi ilə bağlı müsbət qərar qəbul edəcək.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə ölkənin maliyyə naziri Anton Siluanov çıxış edib.

Xatırladaq ki, “Fitch” Rusiyanın emitentin xarici və milli valyutada defolt reytinqini “BBB-” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə “Sabit”dən “Müsbət”ə dəyişib.

“Agentliyin qərarı göstərir ki, Rusiya hökumətinin iqtisadi siyasəti müsbət qiymətləndirilir. Bu siyasət həm iqtisadi artımın stimullaşdırılması, həm də valyuta məzənnələri gözləntisi əsasında inflyasiya baxımından özünü doğruldur”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq reytinq agentlikləri və analitiklər də Rusiyaya investisiya qoymaqla bağlı böyük marağın olduğunu görürlər. 

Son xəbərlər

Orphus sistemi